Gədəbəy rayon Mərkəzi kitabxanası

Gədəbəy rayon
Tədbirlər
5 Sentyabr , 2015

Binəqədi gəncləri Gədəbəydə

5 sentyabr tarixdə “Binəqədi Gənclərinin II Liderlik Məclisi” layihəsi Gədəbəydə uğurla davam etdirildi.
Gəncləri mərkəzi parkın önündə Gədəbəy RİH Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılası şöbəsinin müdiri Vüsal Musayev qarşıladı. Gənclər ilk olaraq parkda yerləşən çay evində təşkil olunmuş çay süfrəsinə dəvət olundular. Sonara Aşıq musiqi məktəbinin önündə RİH başçısı Ramiz Yediyarovla görüşdulər və RİH başçısı gəncləri Gədəbəy rayonunun tarixi və coğrafi şəraiti, rayonda həyata keçirilmiş və hazırda həyata keçirlən layihə barədə ətraflı məlumatladırdı.
Binəqədi Rayon Gənclər və İdman İdarəsi ilə Gədəbəy Rayon Gənclər və İdman İdarəsi arasında “Əməkdaşlıq Memorandumu” imzalandı.