Gədəbəy rayon Mərkəzi kitabxanası

Gədəbəy rayon
Tədbirlər
17 Avqust , 2015

16 avqust 2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən  Mərkəzi kitabxananın oxu zalında Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyi ilə bağlı  oxucu konfransı keçirildi.Tədbirdə kitabxana işçiləri,məktəb şagirdləri iştirak etdilər.Tədbiri oxu zalının müdiri İlhamə Həsənova açaraq Azərbaycan ədəbiyyatının parlaq nümayəndəsi olan Bəxtiyar Vahabzadənin millətin vətənpərvər və layiqli övladı olduğunu bildirdi.Şairin hər mövzuya toxunduğunu  qeyd edən İlhamə Həsənova  Bəxtiyar vahabzadənin vətənin azadlığı,müstəqilliyi uğrunda qələmi ilə daim mübarizədə olduğunu vurğuladı.

     Tədbirin sonunda Bəxtiyar Vahabzadənin kitablarından ibarət təşkil olunmuş sərgiyə baxış keçirildi