Gədəbəy rayon Mərkəzi kitabxanası

Gədəbəy rayon MKS
Tədbirlər
7 İyun , 2015

      Hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları,qeyri-hökumət təşkilatları,kütləvi informasiya vasitələri və icmaları tərəfindən insan-hüquqları sahəsində səmərəli vətəndaşlığın davamı kimi,ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının  müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə  tədbirlər keçirilir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə hər il iyunun18-i ölkəmizdə  “İnsan Hüquqları Günü”günü kimi qeyd olunur.Bu günlə əlaqədar Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları aylığı keçirilir.

      Bu aylığın keçirilməsi ilə əlaqədar respublikamızın kitabxanalarında olduğu kumi Gədəbəy rayon mərkəzi kitabxanasında da”Qanun hüquqlarımızın keşikçisidir”başlığı altında kitab sərgisi tərtib olunmuş,o cümlədən kitabxananın oxu zalında “Siz hüquqlarınızı bilirsinizmi?”mövzusunda dəyirmi masa keçirildi.

      Tədbir çərçivəsində oxu zalının müdiri İlhamə Həsənova öz çıxışında bildirdi ki,İnsan hüquqları aylığının keçirilməsində əsas məqsəd ölkəmizdə insan hüquqlarının təbliğinə,əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhvəsini verməkdir.      Hər il keçirilən bu aylıq çərçivəsində dövlət qurumları,qeyri-hökumət təşkilatları,kütləvi informasiya vasitələri və icmaları tərəfindən insan-hüquqları sahəsində səmərəli vətəndaşlığın davamı kimi,ölkə Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının  müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə  tədbirlər keçirilir.

     Tədbirin sonunda kitab sərgisinə baxış keçirildi.