Gədəbəy rayon Mərkəzi kitabxanası

Gədəbəy rayon MKS
Tədbirlər
7 May , 2015

  7 may 2015-ci il tarixdə  MKS-nin foyesində  Ümummilli Lider Heydər Əliyevin 92  illik yubleyinə həsr olunmuş  VII  Ümumrespublika  ənənəvi kitab bayramı keşirilmişdir.Tədbiri giriş sözü ilə MKS-nin direktoru A.Abdullayev açaraq  tədbir iştirakçılarını  bayram münasibətilə təbrik etdi.Bayram tədbirində Gədəbəy rayon İcra hakimiyyətinin məsul işçiləri,kitabxana kollektivi,məktəb şagirdləri və müəllimlər iştirak etdilər.MKS-nin oxucularla xidmət şöbəsinin  müdiri Şöhrət Osmanova Heydər Əliyev dühasının  böyüklüyündən söhbət açaraq ,,Azərbaycan xalqının həyatında onun əvəzsiz  xidmətlərindən danışdı.

    Daha  sonra Kitabxana -biblioqrafiya proseslərinin  avtomatlaşdırması  şöbəsinin müdiri Məlahət  Kazımova çıxış edərək  qeyd etdi ki,Heydər Əliyev deyəndə ilk öncə müstəqil dövlətçiliyimiz yaradılmış möhkəm sabitlik,əmin amanlıq,inkişaf və tərəqqi yada düşür.Bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının və kitabxana işçilərinin xatirəsində daimi yaşayacaqdır..

    Tədbirin sonunda məktəblilərə hədiyyələr təqdim olundu və kitab sərgisinə baxış keçirildi