Gədəbəy rayon Mərkəzi kitabxanası

Gədəbəy rayon
Xəbərlər
10 Aprel , 2015

      Azərbaycanda keçirilən Avropa,dünya çempionatları silsilə xarakter daşıyır.Müxtəlif beynəlxalq turnirlər,bədii gimnastika,tekvando,güləş,boks,karate və olimpiya növlərinə daxil olan digər idman yarışlarının Azərbaycanda da keçirilməsi ölkəmizə böyük imic qazandırmışdır.Oyunlar Azərbaycanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir.Azərbaycanın  Beynəlxalq  Olimpiya Komitəsi  və Avropa  Olimpiya Komitəsi  kimi nüfuzlu təşkilatlar və digər idman qurumları ilə sıx əlaqələri var.Son  illər bu əlaqələr daha da genişlənmişdir. Bunu idman təşkilatları rəhbərlərinin Bakıya intensiv səfərləri və ölkəmizdə keçirilən mötəbər turnirlər də təsdiq edir.  

        Sevindirici haldır ki,Prezident İlham Əliyevin rəhbərliyi altında  Milli Olimpiya Komitəsinin qazandığı nüfuz,göstərdiyi fəaliyyət beynəlxalq idman təşkilatları tərəfindən dəstəklənir və ən yüksək qiymətə layiq görülür.Azərbaycanın 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun 2016-cı ildə şahmat Olimpiadasının ,2017-ci ildə  IV İslam Həmrəyliyi  Oyunlarının və futbol üzrə AÇ-2020-nin final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya idman ictimaiyyətinin ölkəmizə marağının artmasından irəli gəlir. 

          Ölkəmizdə Avropa Oyunlarının keçirilməsi münasibəti ilə Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etmiş,ilk oyunların  Bakıda  keçirilməsini böyük tarixi hadisə və ölkəmizin böyük uğuru kimi səciyyələndirmişdir.Prezidentin Sərəncamı ilə I Avropa Oyunlarının Təşkilat komitəsi yaradılmış və Mehriban xanım Əliyeva Təşkilat komitəsinin sədri təyin edilmişdir.Təşkilat  Komitəsi Avropa  Oyunlarının Azərbaycanda  yüksək səviyyədə təşkil edilməsi ilə bağlı geniş fəaliyyətə başlamışdır.